понедельник, 5 января 2015 г.

Yeni uğurlarım

Dekabrın 26-da Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Dekabrın 26-da Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.


Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon təhsil şöbələrinin rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov artıq 5-ci ildir keçirilən müsabiqəyə marağın böyük olduğunu bildirib. Ümumilikdə 1104 layihənin təqdim olunduğu müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az)qeydiyyatdan keçmiş 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqə 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqləndirilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.
Müsabiqənin keçirilməsinə “AZEDUNET”, “Edumedia”, “Ultra”, “Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Nar Mobile” və “Dr.Web” şirkətləri sponsorluq edib.

воскресенье, 30 ноября 2014 г.

Məktəbəqədər və ibtidai təhsil sahəsində çalışan mütəxəssislər üçün beynəlxalq təlim.

Məktəbəqədər və ibtidai təhsil sahəsində çalışan mütəxəssislər üçün beynəlxalq təlim.


Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasıda təhsildə keyfiyyətə dair bir neçə mühüm məsələnin əhəmiyyəti qeyd edilmişdir:
  • Ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması
  • Azərbaycan Respublikasında, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin yaradılması
  • Təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməsi
və həmçinin
  • Kompetensiyalara əsaslanan keyfiyyət standartları və göstəriciləri, keyfiyyəti təmin edən sistemin, keyfiyyəti qiymətləndirən monitorinq sisteminin yaradılmasını təmin etməyə çağırmışdır.
            “Müasir Təhsil və Təlimə Yardım Mərkəzi” İB bu məqsədin həyata keçirilməsi istiqamətində öz töhfələrini vermək niyyəti ilə inklüziv təhsil üzrə tədqiqat aparmış və təhsilsiyasəti sənədi hazırlamışdır.
Məlumat verək ki, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB  Erkən Yaş Dövrünün Təhsili üzrə ixtisaslaşmış Beynəlxalq Addım-Addım Assosiasiyanın təşkilatı üzvüdür (ISSA, International Step by Step Associationwww.issa.nl).Mərkəzimiz İSSA ilə birgə Erkən Yaş Dövrünün təhsili sahəsində mövcud beynəlxalq təcrübəni Azərbaycan pedaqoji ictimaiyyətini ilə tanış etmək məqsədilə aşağıda göstərilən tədbirləri keçirməyi planlaşdırır:
  • 2014-cü ilin 10 və 11 dekabr tarixlərində “21-ci əsrinpedaqogikasında keyfiyyət məsələləri: Nəzəriyyə və Təcrübə” adlı iki seminarın təşkil olunması planlaşdırılır. Seminarlarda İSSA tərəfindən hazırlanan məktəbəqədər (10 dekabr) və ibtidai təhsil sahəsində (11 dekabr) pedaqoqların peşəkar keyfiyyət standartları və prinsipləri, müəllimlərin peşəkar standartların yaradılmasına dair yanaşma, müəllimlərin təhsil müəssisəsi nəzdində peşakar dəstəyi və inkişafı modeli, təlim-tədris prosesinin keyfiyyətini təmin edən yanaşmaların təqdimatı, seminarların fəal interaktiv formada diskussiya və mübadilə. Seminarlarda məktəbəqədər və ibtidai təhsil sahəsində təhsil siyasəti üzrə ekspertlər, mütəxəssislər və pedaqoji institutların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur .Seminarlar Prof. Tatyana Vonta, Lyublyana Pedaqoji İnstitutunun baş tədqiqatçısı,  Pedaqoji Təşəbbüslər üzrə Tədqiqat Mərkəzinin Rəhbəri (Sabaliauskiene, İnnovativ Təşəbbüslər Mərkəzinin rəhbəri (Litva) tərəfindən aparılacaqdır.Daha ətraflı məlumat almaq üçün (ƏTRAFLI) yazısının üzərinə vurun

V “Elektron Təhsil” Respublika müsabiqəsinin III mərhələsinə start verilib.

V “Elektron Təhsil” Respublika müsabiqəsinin III mərhələsinə start verilib.

Müsabiqəyə təqdim olunan 978 layihədən 302-si III mərhələyə keçib. Müvafiq qiymətləndirməyə əsasən, bu mərhələdə yüksək bal toplayan işlərin müəllifləri Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər.
Müsabiqə “Dr. Web”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, “AZEDUNET”, “Ultra”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir.
Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaq.NOMİNATLAR

воскресенье, 23 ноября 2014 г.

“eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar keçiriləcək.

21-23 noyabr 2014-cü il tarixlərində Bakıda “Park İnn” mehmanxanasında “eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar keçiriləcək.


Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya və Fransanın “eTwinning” layihəsi üzrə nümayəndələri, yerli və əcnəbi təcrübəli müəllimlər iştirak edəcəklər. İştirakçı ölkələrin müəllimləri layihənin uğurlu icrası üçün öz tövsiyələrini verəcək, pedaqoji innovasiyaları, uğurlu layihələrini nümayiş etdirəcəklər.
Qeyd edək ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mədəd Azərbaycan” təşkilatı 2013-cü ildən etibarən Avropa Şurasının maliyyələşdirdiyi “eTwinning Plus” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Avropa İttifaqının Davamlı Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişləndirilməsi və ölkələrarası təhsil əlaqələrinin inkişafı təmin edilir, pedaqoji işçilərə əməkdaşlıq və təhsil layihələrini reallaşdırmaq imkanı yaradılır.
“eTwinning Plus” layihəsinə Azərbaycan üzrə müvafiq bacarıqlara malik fəal və innovativ müəllimlər qoşulub. Layihə çərçivəsində müəllimlər şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual dərslər hazırlayırlar. Həmin müəllimlərin fəaliyyəti mütəmadi olaraq izlənilir, ən uğurlu layihələr, ən fəal müəllim və şagirdlər seçilərək mükafatlandırılır. Fərqlənən müəllimlər “eTwinning” layihəsi çərçivəsində təşkil olunan müxtəlif beynəlxalq tədbirlərdə, konfrans və seminarlarda iştirak edirlər.
Seminarın sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.