Dekabrın 26-da
Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika
müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə
təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin struktur
bölmə rəhbərləri, rayon təhsil şöbələrinin rəsmiləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edib.
Mərasimdə
çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov artıq 5-ci ildir
keçirilən müsabiqəyə marağın böyük olduğunu bildirib. Ümumilikdə 1104 layihənin təqdim olunduğu müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az)qeydiyyatdan keçmiş 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib.
Müsabiqənin
keçirilməsində məqsəd elektron tədris resurslarının,
internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək,
tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək
və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən
müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqə 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək
bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini
nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin
işi isə fərqləndirilib.
Qaliblərə
diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim
olunub. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.
Müsabiqənin
keçirilməsinə “AZEDUNET”, “Edumedia”, “Ultra”, “Mədəd Azərbaycan”,
“İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Nar Mobile” və
“Dr.Web” şirkətləri sponsorluq edib.
Playtech Casinos in Arizona 2021 - Dr.MCD
ОтветитьУдалитьThe https://septcasino.com/review/merit-casino/ best online 출장마사지 casino 토토 사이트 모음 games at Dr.MCD communitykhabar If you prefer the traditional slot machines, or prefer worrione games with progressive jackpots, then