Məktəbəqədər və ibtidai təhsil sahəsində çalışan mütəxəssislər üçün beynəlxalq təlim.
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə
təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasıda təhsildə keyfiyyətə dair bir neçə mühüm məsələnin
əhəmiyyəti qeyd edilmişdir:
- Ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması
- Azərbaycan Respublikasında, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin yaradılması
- Təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməsi
və həmçinin
- Kompetensiyalara əsaslanan keyfiyyət standartları və göstəriciləri, keyfiyyəti təmin edən sistemin, keyfiyyəti qiymətləndirən monitorinq sisteminin yaradılmasını təmin etməyə çağırmışdır.
“Müasir
Təhsil və Təlimə Yardım Mərkəzi” İB bu məqsədin həyata keçirilməsi
istiqamətində öz töhfələrini vermək niyyəti ilə inklüziv təhsil üzrə
tədqiqat aparmış və təhsilsiyasəti sənədi hazırlamışdır.
Məlumat
verək ki, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB Erkən Yaş
Dövrünün Təhsili üzrə ixtisaslaşmış Beynəlxalq Addım-Addım
Assosiasiyanın təşkilatı üzvüdür (ISSA, International Step by Step Association, www.issa.nl).Mərkəzimiz
İSSA ilə birgə Erkən Yaş Dövrünün təhsili sahəsində mövcud beynəlxalq
təcrübəni Azərbaycan pedaqoji ictimaiyyətini ilə tanış etmək məqsədilə
aşağıda göstərilən tədbirləri keçirməyi planlaşdırır:
- 2014-cü ilin 10 və 11 dekabr tarixlərində “21-ci əsrinpedaqogikasında keyfiyyət məsələləri: Nəzəriyyə və Təcrübə” adlı iki seminarın təşkil olunması planlaşdırılır. Seminarlarda İSSA tərəfindən hazırlanan məktəbəqədər (10 dekabr) və ibtidai təhsil sahəsində (11 dekabr) pedaqoqların peşəkar keyfiyyət standartları və prinsipləri, müəllimlərin peşəkar standartların yaradılmasına dair yanaşma, müəllimlərin təhsil müəssisəsi nəzdində peşakar dəstəyi və inkişafı modeli, təlim-tədris prosesinin keyfiyyətini təmin edən yanaşmaların təqdimatı, seminarların fəal interaktiv formada diskussiya və mübadilə. Seminarlarda məktəbəqədər və ibtidai təhsil sahəsində təhsil siyasəti üzrə ekspertlər, mütəxəssislər və pedaqoji institutların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur .Seminarlar Prof. Tatyana Vonta, Lyublyana Pedaqoji İnstitutunun baş tədqiqatçısı, Pedaqoji Təşəbbüslər üzrə Tədqiqat Mərkəzinin Rəhbəri (Sabaliauskiene, İnnovativ Təşəbbüslər Mərkəzinin rəhbəri (Litva) tərəfindən aparılacaqdır.Daha ətraflı məlumat almaq üçün (ƏTRAFLI) yazısının üzərinə vurun
Комментариев нет:
Отправить комментарий