Kompyuter artıq çoxdan bizim həyatımıza daxil olmuşdur. Artıq elə bir zaman gəlib çıxmışdır ki, dərs prosesini kompyuter və internetsiz təsəvvür etmək mümkün deyil. IKT-dən tədris prossesində istifadə etmək mənə bir gənc müəllim kimi tədris etdiyim riyaziyyat fənnini şagirdlərə daha yaxşı öyrətmək və bununla yanaşı bir pedaqoq kimi özümündə yeni məalumatları öyrənməyim üçün olduqca böyük köməyi olmuşdur. Bu təlim mənim gözlərim önündə sanki yeni işıqlı, parlaq gələcəyə doğru məni aparan bir pəncərə açmış oldu. Bu təlimdən qayıtdıqdan sonra, artıq öz dərslərmdə İKT-dən necə istifadə etməyin qaydaları haqqında geniş məlumatlar əldə etmiş oldum. Bu təlim mənə təhsil sahəində baş verən müasir texnalogiyaların istifadəsi ilə bağlı yeniliklərlə tanış olmağım üçün, bir müəəlim rolunu oynadı. Məhz bu təlimdən sonra, başa düşdüm ki, bu gün bir pedaqoq kimi mən öz şagirdlərimin qarşısında, onların gələcəkdə bir şəxsiyyət kimi yetişməsi üçün, böyük məsuliyyət daşıyıram. Axı müasir müəllimin əsas vəzifəsi sabah ali məktəbə yüksək balla daxil olan tələbə deyil, gələcək üçün bu millətə, vətənə layiqli olan əsal vətəndaş-şəxsiyyət yetişdirməkdir. Bu şəxsiyyətin yetişməsi üçün, müəllim özü hər zaman axtarışda olaraq, yeni məlumatları öyrənməli, şagirdə bu məlumatları öyrətməklə yanaşı onun nəinki, şəxsiyyət kimi yetişməsinə, hətta onları özünü inkişaf etdirməyə istiqamətləndirməyi öyrətməlidir. Bütün bunların kompleks şəkildə həyata keçirmək üçün, tədris yönümlü internet və elektron təhsil resurslarının böyük əhəmiyyəti vardır. Müasir əsrdə dünya təhsil sistemində müəllim və həm də şagirdlər üçün, öz biliklərini təkmilləşdirmək üçün, əsas vacib komponentlərdən biri də internet resurslarıdır. İnternet Resursları nədir? - İnternet resursları işdə, evdə, tədrisdə bizim əsas köməkçimizdir. İnternetdə mövcud olan resurslar bizim gündəlik həyatımızda bizə lazım olan informasiyaları əldə etməkdə , dostlarımızla söhbət etməkdə bizim işimizi asanlaşdırır.
Personal kompüterin və internetin tədris müəssisəsinə daxil olması şagirdlərin internet resurslarından istifadə edərək, kompüter texnologiyasının mövcud imkanlarını tətbiq edərək öz dərslərini daha da maraqlı etməyə, yeni məntiqi təfəkkürə əsaslanan düşünmə tərzinin formalaşdırılmasına imkan yaradır. Bu formatda mövcud olan resurslar şagirdlərdə daha böyük marağa səbəb olur. Bu formatda olan resursların şagirdlərin dərsi qavramalarında böyük əhəmiyyəti vardır. Keçdiyim mövzulara uyğun olaraq, şagirdlərə internetdə mövcud olan, internet resurslardan istifadə edirəm.
Digər bir maraqlı dərs aşağı siniflərdə şagirdlərə vurma cədvəli öyrədərkən, lazım olan bir resurs var.Bu resurs əsasən simulsyasiya xarakteri daşıyır. PhET Physics Education Technologya institunun hazırladıqları resurslardır. Burda əsasən kiçikyaşlı məktəblilər üçün vurma cədvəlini öyrəməyin ən rahat üsuludur. Buna şagirdlər əslində bir oyun kimi baxmış olacaqlar və təbii ki, bu oyunu oynamaq üçün, onlara vurma cədvəlini ilk öncə yaxşı öyrənmək lazıımdır.
Daha sonra bu oyunu oynamaq üçün Start (Başlamaq) süyməsinin üzərinə basdıqdan sonra oyuna başlamış olacaqsan.Burda bundan əlavə daha 2 düymə mövcuddur.End (oyunu qurtarmaq üçün istifadə olunur) Bundan əlavə bu düyməni vurduqda hətta səf cavbların sayınıda göstərmiş olur.(Bax şəkil 2) Bu formada bunu oynayarkən ilk öncə səviyyəni seçmək lazımdır. Level -(Səviyyələr)
Burda şəkildən də göründüyü kimi 3 səviyyə mövcuddur.
· Birinci səviyyə (asan)
· İkinci səviyyə( Bir rəqədər çətin)
· Üçüncü səviyyə( Çətin)
Reset ( Oyunu əvvəlki vəziyyətinə qaytarmaq) Yəni bu zaman sən oyuna yenidən başlamış olacaqsan. Bundan əlavə orda saat da var müəllim bunu qoşa bilər və şagirdlərin sualllara nəqədər vaxta cavab verdiyini bilər.
Bu saytdan Rusiya ölkələrində əsasən, uşaqların məntiqi təfəkkürünün inkişaf etdirilməsi istifadə olunur. Burda şagirdlər üçün olduqca maraqlı bölmələr vardır. Bu saytda qurulan tədris prossesi əsasən, oyunlar vasitəsi ilə -məhz o oyunlar ki, onlar şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdilməsinə yardımçı olur. saytın onlar üçün irəli sürdüyü imkanlardan istifadə edirlər.
Bu resursları kompyuter proqramı pover-pointdə hazırlayıram. İnternetə daxil olaraq, orda mövcud olan tədris yönümlü resurslardan topladığım məqalələr və məlumatları analiz etdikdən sonra, öz şagirdlərim üçün, maraqlı əyləncəli oyun şəklində dərslər hazırlayıram. Apardığım müşahidələr nəticəsində aydın oldu ki, hətta poçtdan da istifadə edirəm. Şagirdlərin şəxsi elektron poçtlarına lazımi tapşırıqları göndərirəm. Onlar da mənə tez bir zamanda email vasitəsilə öz yazdıqları məlumatları göndərmiş olurlar. İnternet resurslarından istifadə edərkən, müəllimlər bir şeyi tam aydın şəkildə bilməlidiilər. Verilən tapşırıqlar aydın olmalıdır ki, şagirdlər onlara lazım olan mövzunun axtarış zamanı, səf etməli deyillər.
Amma Dünya təcrübəsinə nəzər salsaq görərik ki, müəllimlərin verdiyi səfv istiqamətin nəticəsində şagirdlər ən çox 2 seydə səfv edirlər.
1. İnternetdə informasiya axtarakən, konkter nəyi tapacağını bilmədikləri üçün, qarşılarına çıxan böyük informasiya axınının içərisinə düşmüş olur. Bu problemin nəticəsində şagirdlər onlara lazım olan mövzunu axatraraq, artıq dərs prosesinin qurtardığını və onların heç bir nəticə əldə etmədiklərinın şahidi olurlar. Bu zaman şagirdlər, hətta onların əxlaqi dəyərlərini pozabiləcək resurslarla da qarşılaşa bilərlər.
2. Şagirdlər internetdən tapdıqları resursları analiz etmədən hazır resurs kimi istifadə etmiş olurlar( copy past) . Bu artıq heç bir yaradıcı şagird məsulu olmur. Burda şagird heç bir tətqiqat, analiz, sintez etmiş olmur.
Əslində bu mərhələdə şagird müəllimin ona verdiyi tapşırığı internetdən axtarışa verərkən, ilk öncə məlumatları əldə edirlər. Daha sonra əldə etdikləri məlumatları analiz edərək, yaradıcı bir məsul hazırlayırlar. Bu artıq şagirdin öz məhsulu olur. Müasir pedaqoqikada internet resursları nəticəsində keçilən dərslər aşağıdakı şəkildə olur?
- Kommunikativ
- Tədqiqatçı
- Oyun
Aparılan araşdırmalar onu göstərir ki, bu formatda keçirilən dərslər olduqca böyük effekt vermiş olur. Estoniyada buna belə bir qəşəng ad verirlər: “İnternet şəbəkəsində Qızıl balıq ”. Estonların qəşəng bir sözü var. Bu sözlər artıq onlarda bir növ atalar sözlərinə çevrilib. “İnternet şəbəkəsində ki, bu qızıl balıq yalnız o insana qismət olur ki, o insan bu balığı tutmağı bacarır”.
Avropa tədris sistemində təhsildə internet resurslarından istifadə etməyə belə bir maraqlı yanaşma var. “Halva deməklə ağzın şirin olmayacaq” Yalnız bir dəfə onu istifadə et- Sən onun dadını heç zaman unutmayacaqsan. Norveç İnformasiya Texnologiyaları Mərkəzinin belə bir şüarı var: “ Hər bir texnologiya o zaman effektiv olur ki, o artıq böyük gəlir gətirir”. Sual verə bilərsiniz ki, biz internet resurslarından istifadə etməklə hansı gəlirləri əldə edə bilərik? Bu sualı həmişə Norveç İnformasiya Texnologiyaları Mərkəzinin “İnternet Resurslarından Tədris Prosesində İstifadə Qaydaları ” master-klasslarında müəllimlərə belə bildirirlər:
1. İlk öncə zəngin təcrübə və biliklər qazanmış olursunuz. Qazandığınız bilikləri öz şagirdlərinizə öyrədirsiniz
2. Şagirdlərinizin təcrübəsi dünya görüşü formalaşır. Məhz bu zəngin təcrübənin nəticəsində keçdiyiniz dərslərdə olan sıxıcılıq aradan qalxmış olur və onun yerini daha sərbəst maraqlı, vaxta qənaət edən, dərsi zənginləşdirən bir metod tutmuş olur.
3. İnternetdə şagirdləriniz artıq oyun və əyləncə saytları ilə məşğul olmurlar. Artıq bu istiqamətdə gedən dərslərdən sonra, sizlər tərəfdən şagirdlərin müəyyən saytlardan istifadə etməsinə qadağaların qoyulması aradan qalxmış olur. Şagirdlər artıq bu saytlardan ancaq tədris yönümlü, məlumatlarnın axtarılması ilə məşğul olurlar.
4. Valideynlərin Sizlərə qarşı olan inamı artır, onlardan daha yaxşı imkana malik olanları atıq Sizlərin maraqlı layihələriniz üçün donor rolunu oynaya bilər.
5. Məhz Sizin bu istiqamətli dərsləriniz nəticəsində şagirdlərinizdə yeni texnologiyalarından düzgün istifadə etməklə kreativ biliklərə yiyələnmiş olurlar ki, Ölkə kapitalı insan kapitalına çevrilmiş olur.
6. Bu prosesin iştirakçısından sabah icraçısına çevrilmiş olursunuz. Sabah burda öyrəndiyiniz bilgilər əsasında sərbəst şəkildə müxtəlif şirkətlərdə bu sahə üzrə işləyərək əlavə pul qazana bilərsiniz.
7. Sizin yaratdığınız şəxsi saytlarınız və yaxud bloqlarınızda yerləşdirdikləriniz materiallarınız şirkətlərin, bu sahə ilə məşğul olan digər ölkələrdə ki, həmkarlarınızın xoşlarına gələ bilər. Bunun nəticəsində onlar Sizə pul ödəyə bilər və yaxud Sizdən ekspert kimi istifadə edə bilərlər.
8. Ən əsası bütün bunlardan Sizin ölkənizin və təhsilinizin gələcəyi asılıdır. Bu məhz o gələcəkdir ki, o nəinki Sizin hətta gələcək övladlarınızında taleyinə öz müsbət təsirini göstərəcək.
Bütün bunlara nəzərə alaraq tam əminliklə deyə bilərik ki, İnternet resurslarından istifadə etməklə qurulan dərs tədris prosesinin keyfiyyətini artırmış olur.
Şagirdlər tərəfindən İnternet resurslarınından istifadə olunması qaydaları:
1. Yeni Mövzunun Öyrənilməsi:
- İnternet vasitəs ilə lazım olan mövzunun axtarışa verilməsi;
- Mövzu plan konspektin tutulması;
- Mətnin analizi və sxem və cədvəllərin hazırlanması;
- Mətnlər üzrə sualların hazırlanması;
- Müəllim tərəfindən qoyulan suallara cavabların axtarılması;
- Mövzu üzrə videofraqmentlərin tapılması, baxılması və müzakirə edilməsi;
- Mövzu üzrə təqdimatlara baxılması və müzakirə edilməsi;
- Statistik məlumatların tapılması və analiz edilməsi.
2. Biliyin yoxlanılması
- Özünü yoxlama testlərindən istifadə etmək.
3. Layihələr üzərində işləmə
Şagirdlər layihələr üzərində işləyərkən, onların qarşısına internetdən olduqca maraqlı və geniş çeşidli resurslar çıxır. Onlar aşağıda göstərilən informasiyalardan istifadə edə bilərlər:
- Virtual kitabxanalar,
- Virtual muzeylər,
- Müxtəli tədris yönümlü informasiyalar,
- Ensklopediya və məlumat kitabçaları
İnternetdən istifadə edərək, güclü şagirdlər xüsusi bir hesabatlar, təqdimatlar hazırlaya bilərlər. Zəif şagirdlər onların səviyyələrinə uyğun daha rahat məlumatlar əldə edə bilər və əldə etdikləri məluamtlara daha asan suallar hazırlaya bilərlər. İnternetdən əldə edərək, müxtəlif səviyyəli testləri həll edə bilərlər. Mən bu gün də öz dərslərimdə internet resurslarından istifadə edirəm. Bu istifadə 2 istiqamətdə gedir.
o Dərsə hazırlaşarkən
o Şagirdlərə tapşırıq verərkən
Dərsimdə internet resusrlarından istifadə edən bir pedaqoq kimi deyə bilərəm ki, internetdən dərs prosesində istifadə edərkən, şagirdlər san ki, sehrli bir aləmə düşmüş olurıar. Elə mən özümdə bu aləmdən ayrılmaq istəmirəm. Bütün müəllimləri bu sehirli aləmə dəvət edirəm.
Bakı şəhər Sabunçu rayon 155 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Vəfa Məmmədova
Gozel blogdur Vefa xanim tebrik edirem
ОтветитьУдалить